MÜSAHİBƏ

17 İyul

Mərkəzi Bank dollar/manat məzənnəsini sabit saxladı

Finss.az - Azərbaycan Mərkəzi Bankı (AMB) 18 iyul 2025-ci il tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

Qurumun məlumatına əsasən, manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi dəyişməyərək 1,7000 səviyyəsində saxlanılıb.

Bu, AMB-nin son aylarda davam etdirdiyi sabit məzənnə siyasətinin davamı kimi qiymətləndirilir. Dollar/manat kursu uzun müddətdir ki, bu səviyyədə qorunur və valyuta bazarındakı sabitliyin təmin olunmasına xidmət edir.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən müəyyən edilən rəsmi məzənnə ölkədə banklararası valyuta bazarında aparılan əməliyyatlarda əsas istinad qiyməti rolunu oynayır.