MÜSAHİBƏ

23 İyul

Qlobal ticarətdəki dalğalanmalar idxal inflyasiyası risklərini artırır - AMB

Qlobal ticarətdə müşahidə olunan dalğalanmalar idxal inflyasiyası kimi xarici risklərin artmasına səbəb olur. Eyni zamanda, daxili risklər sırasında xərc amillərinin aktivləşməsi və məcmu tələbin artımı əsas faktorlar kimi qeyd olunur.

Finss.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) dövlət xərcləri və istehlak kreditlərinin məcmu tələbə və inflyasiyaya mümkün təsirlərini yaxından izləyir.

Baza ssenarisi üzrə Mərkəzi Bank 2025-ci ildə inflyasiyanın 5.7%, 2026-cı ildə isə 5.3% səviyyəsində olacağını proqnozlaşdırır.

Fuad Mədətov
Finss.az