2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 529,307 milyon manat sığorta ödənişi həyata keçirilib.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 90,7 milyon manat və ya 20,7% artım deməkdir.
Bəhs olunan dövrdə ən çox sığorta ödənişi edən şirkət “Paşa Həyat Sığorta” ASC (328,510 milyon manat) olub. İkinci yerdə 77,913 milyon manat ödənişlə “Paşa Sığorta” ASC, üçüncü yerdə 38,828 milyon manat sığorta ödənişi ilə “Atəşgah Həyat” Sığorta Şirkəti qərarlaşıb.
Cari ilin yanvar-iyul aylarında sığorta ödənişlərinə görə şirkətlərin renkinqi:
Şirkət adı | Məbləğ (min manat) |
---|---|
“Paşa Həyat Sığorta” | 328,510 |
“Paşa Sığorta” | 77,913 |
“Atəşgah Həyat” Sığorta Şirkəti | 38,828 |
“Atəşgah” Sığorta Şirkəti | 22,877 |
“Qala Sığorta” | 15,043 |
“Meqa Sığorta” | 9,239 |
“Azərbaycan Sənaye Sığorta” | 6,913 |
“A-Qroup Sığorta Şirkəti” | 6,343 |
“Xalq Sığorta” | 5,836 |
“Aqrar Sığorta” | 4,772 |
“Xalq Həyat” Sığorta Şirkəti | 3,648 |
“AtaSığorta” | 3,108 |
“Meqa Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyəti | 3,055 |
“Qala Həyat” Sığorta Şirkəti | 2,010 |
“AzSığorta” | 1,150 |
“İpək Yolu Sığorta” | 62 |
Fuad Mədətov
Finss.az