MÜSAHİBƏ

01 phrase_var_core.september

Bakıda “SMART LIFE EXPO 2025” sərgisi keçiriləcək

Finss.az - 25–27 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində “SMART LIFE EXPO – International Exhibition in Azerbaijan, 2025” sərgisi keçiriləcək.

Sərgidə Çin istehsalçı şirkətləri və yerli şirkətlər iştirak edərək avtomobil və avtomobil ehtiyat hissələri, tikinti və dekorasiya materialları, ev əşyaları və istehlak məhsulları, elektronika və elektrotexnika, ağıllı yaşayış, ev və ofis sistemləri və digər məhsullarını təqdim edəcəklər.

Rəsmi açılış mərasimində Çin səfirliyi, KOBİA, AZPROMO, İİTKM və ASK nümayəndələrinin iştirakı nəzərdə tutulur. Sərgi 25–27 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək, rəsmi açılış isə 25 sentyabr saat 10:30-da olacaq. Ziyarətçilər sərgini pulsuz ziyarət edə bilərlər.

Sərgi haqqında ətraflı məlumat almaq və iştirakçı ya da ziyarətçi kimi qeydiyyatdan keçmək üçün buraya daxil olmaq mümkündür.

Əlavə suallar üçün əlaqə nömrəsi: +994 50 475 57 28.