Finss.az - PAŞA Sığorta şirkəti icbari əmlak sığortalı müştərisinə 14 839 AZN sığorta ödənişi həyata keçirib. Belə ki, mənzil yanğın nəticəsində ciddi ziyana məruz qalmışdı. Sığortalının, yəni ev sahibinin maksimum sığorta təminatı isə 15 000 AZN idi.
Qeyd edək ki, icbari əmlak sığortası ölkə ərazisində yerləşən mənzillərə yanğın, ildırım, qısa qapanma, təbii fəlakət və s. kimi risklərə qarşı sığorta təminatı verir. İllik sığorta haqqı Bakı şəhəri üzrə 50 AZN, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üçün 40 AZN, qalan regionlar üçün isə 30 AZN təşkil edir. Sığorta təminatı isə sığorta haqlarına müvafiq olaraq 25 000 AZN, 20 000 AZN və 15 000 AZN olaraq müəyyən olunur.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “ “AM Best” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini "BBB", maliyyə dayanıqlılığı reytinqini "B++", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib.

