MÜSAHİBƏ

16 Oktyabr

Vüqar Bağırov: “Müştərilər bizim dostlarımızdır” – Fins.az və VT Company-nin uğur hekayəsi

Azərbaycanın media və kommunikasiya sektorunda özünəməxsus imzası olan Vüqar Bağırov, uzun illərdir bu sahədə fəaliyyət göstərərək həm xəbər portalı, həm də PR və event istiqamətində mühüm işlərə imza atıb. O, Fins.az portalının və VT Company-nin təsisçisidir. Onunla media bazarının inkişafı, dövlətin iqtisadi xəttinin təbliği və sahibkarlarla əməkdaşlıq mövzusunda həmsöhbət olduq.

– Vüqar bəy, artıq illərdir media sahəsində fəaliyyət göstərirsiniz. Bu yolda Fins.az necə formalaşdı?

Biz uzun illərdir media sahəsi ilə məşğuluq və bu illər ərzində ölkənin xəbər sektorunda mühüm addımlar atmışıq. Fins.az portalını yaradarkən əsas məqsədimiz maliyyə və iqtisadiyyat sahəsində baş verən hadisələri operativ və peşəkar şəkildə ictimaiyyətə çatdırmaq idi.
Mediada prioritet istiqamət kimi ölkənin iqtisadi inkişafını və bu istiqamətdə atılan addımları işıqlandırmağı qarşıya məqsəd qoyduq. Bu gün Finss.az artıq öz peşəkarlığı ilə seçilən və ölkə mətbuatında xüsusi yer tutan bir media platformasıdır.

– Portalın fəaliyyət prinsipi nəyə əsaslanır?

Biz daim dövlətin iqtisadi xəttini və strateji layihələrini işıqlandırmağa, eyni zamanda yerli sahibkarları dəstəkləməyə çalışırıq. “Müştərilər bizim dostlarımızdır” şüarına sadiq qalaraq, maliyyə sektorunda fəaliyyət göstərən brendlərin 90 faizindən çoxu ilə əməkdaşlıq edirik. Bu əməkdaşlıq qarşılıqlı inam və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə əsaslanır.

– Fins.az-dan əlavə VT Company-nin yaradılması hansı məqsədlə həyata keçirildi?

Fins.az portalının uğurundan sonra biz VT Company adlı bir şirkət təsis etdik. Bu şirkət təkcə media dəstəyi ilə kifayətlənmir, eyni zamanda event və PR xidmətləri göstərir.
Şirkətimiz illərdir ölkənin aparıcı və böyük brendləri ilə işləyir. Biz təkcə Bakıda deyil, ölkənin bütün regionlarında müxtəlif tədbirlər, təqdimatlar və layihələr həyata keçiririk.

– VT Company hansı xidmətləri təklif edir?

Bizim xidmətlərimiz çoxşaxəlidir. Buraya peşəkar aparıcılar, xanəndələr, müğənnilər, rəqs və şou proqramları, müxtəlif müsabiqələr, yüksək səviyyəli çəkilişlər və konseptual tədbirlər daxildir.
Hər bir brend üçün ayrıca konsept hazırlayırıq və bu konsept əsasında layihəni həyata keçiririk. Bizim məqsədimiz sifarişçilərə yalnız xidmət göstərmək deyil, onlara fərqli, yadda qalan təcrübə yaşatmaqdır.

– Gələcək planlarınız nələrdir?

Hazırda məqsədimiz həm Fins.az portalını daha geniş auditoriyaya çıxarmaq, həm də VT Company-nin fəaliyyət miqyasını artırmaqdır. Qarşıdakı dövrdə regionlarda daha çox tədbir və sosial layihələr həyata keçirməyi planlaşdırırıq.
Biz inanırıq ki, müasir media və PR sahəsində keyfiyyətli xidmət ölkəmizin iqtisadi və biznes mühitinə real dəstəkdir.

Sonda
Fins.az və VT Company-nin fəaliyyəti bir daha göstərir ki, peşəkarlıq, sistemli yanaşma və inam üzərində qurulan işlər həm mediada, həm də biznesdə uzunömürlü uğur gətirir.