“Embafinans” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
Fins.az xəbər verir ki, bu barədə bakı Fond Birjası məlumat yayımlayıb
Məlumatda bildirilir ki, 8 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” MMC-nin AZ2005020600 İSİN-li, hər birinin nominal dəyəri 1000 AZN olan 1000 ədəd, sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
İstiqrazların yerləşdirilməsi 14 noyabr 2019-cu il tarixində BFB-də birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazın növü | Adlı, faizli, təmin edilməmiş |
Qiymətli kağızın ISIN kodu | AZ2005020600 |
Hərraca çıxarılan həcm | 1 000 000 AZN |
İstiqrazın nominal dəyəri | 1000АZN |
Hərrac qiyməti | 1000 AZN |
İstiqrazın tədavül müddəti | 365 gün |
Faiz dərəcəsi | 10.5 % |
Faiz ödənişləri müddəti | Hər 1 (bir) təqvim ayından bir |
Geri satınalma şərti | Emissiya prospektinin 14.14 bəndinə əsasən emitent tərəfindən təmin olunur |
Anderrayter | “Unicapital İŞ” ASC |
İstiqrazların emissiya prospektini Bakı Fond Birjasının internet səhifəsində “Emitentlər” bölməsindən əldə edə bilərsiniz. https://bfb.az/teqdimat/
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.