1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Baş Energetik
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi
Təhsil: Ali təhsil
Yaş həddi: 27-40
İşin təsviri: Cəmiyyətin elektrik enerji təchizatının təşkilini təmin edir, avadanlıqların təmir edilməsini təşkil edir.
Vəzifə öhdəlikləri:
- Elektrik avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək
- Qənaət rejiminə riayət etməklə enerji ehtiyatlarından səmərəli istifadə olunmasını təmin etmək
- Elektrik avadanlıqlarının istismarı sahəsində təcrübə mübadiləsi üzrə işi aparmaq
- Təmir üçün podrat təşkilatları ilə planları, qrafikləri razılaşdırmaq, onları lazımi texniki sənədlərlə təmin etmək və əsaslı təmir üçün siyahı tutulmasında iştirak etmək
- Enerji təsərrüfatının perspektiv inkişafı planlarının, elektrik avadanlıqlarının yenidən qurulması üzrə təkliflərin işlənib hazırlanmasına rəhbərlik etmək
- Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə rəhbərlik etmək
- Smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək
- Enerji təsərrüfatının inkişafı planlarının, elektrik avadanlıqlarının yenidən qurulması üzrə təkliflərin işlənib hazırlanmasına rəhbərlik etmək
- Tabeliyində olan əməkdaşların iş fəaliyyəti prosesinə nəzarət etmək
- Avadanlıqların təmirinə, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə rəhbərlik etmək
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy vermək və onların tətbiqinə köməklik göstərmək
- Avadanlıq və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik etmək
- Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilmiş digər tapşırıqları icra etmək
Tələblər:
- Azərbaycan, rus, türk və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
- Planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
- AutoCAD (əla səviyyədə)
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- 6 günlük iş qrafiki;
- Əmək müqaviləsi.
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Baş Energetik” yazmaqla müraciət edilir.