Azərbaycanın peşəkar boksçusu Məhəmmədrəsul Məcidov ikinci döyüşümü keçirib.
Fins.az apasport.az-a istinadən bildirir ki, həvəskarlar arasında üçqat dünya çempionu peşəkar rinqdə ikinci görüşündə Böyük Britaniya təmsilçisi Tom Littl ilə üz-üzə gəlib.
Superağır çəkidəki döyüş Səudiyyə Ərəbistanının "Diriyah Arena" idman kompleksində keçirilib. İlk qarşılaşmasında amerikalı Ed Fonteynə nokautla qalib gələn boksçumuz bu dəfə də erkən qələbə qazanıb.
33 yaşlı M.Məcidov 8 raundluq döyüşü ikinci hissədə yekunlaşdırıb. 32 yaşlı böyük britaniyalı texniki nokauta düşdüyündən döyüş davam etdirilməyib.