Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 293,88 min ton məhsul təhvil verilib.
Fins.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9% çoxdur.
"Azərbaycanda pambıqçılığın yeni inkişaf dövrü bu istiqamətdə əsaslı tədbirlərin görüldüyü, bu sahənin inkişafını nəzərdə tutan Dövlət Proqramının qəbul olunduğu 2016-cı ildən başlayıb", - məlumatda qeyd olunub.