30 phrase_var_core.october

2018-ci ildə qiymətli metallar bazarı – TƏHLİL

Ötən 2017-ci il, dünya bazarlarında sənaye materiallarının dəyərinin artması ilə müşahidə olundu. Xüsusi ilə də elektromobillər üçün istehsal olunan lityum (+26.67% 285 dollara-dək, bir ton üçün) və kobalt (+128,79% 34,25dollar bir funt üçün). Yaxın gələcəkdə metalların qiymətlərinin artması gözlənilir. Ötən ildə Çində ehtiyacın artması fonunda, artım, nikel (+23% 12652 dollar bir ton üçün ) və mis ( +28% 7150 dollar bir ton üçün) idi.

2018-ci ilin başlanğıcı, dünya bazarlarında dolların zəifləməsi və məhsul artımı ilə müşaət olunur. Artım sənaye metallarında özünü biruzə verib. Belə ki, nikel, aliminium və mis, 2011-ci il ilə müqayisədə 1.5-2 dəfə baha olub. ABŞ prezidenti Donald Trampın çinli opponentləri ilə mübarizə üçün, aliminium və poladın idxalına rüsumun tətbiqi də artıma təkan verə bilər. Beləliklə də, 2018-ci ildə artım səviyyəsi sadalanan materiallların istehsalının bərpası ilə azala bilər.

Qurğuşun və sinkin kotirovkalarının artımı gözlənilir. 2017-ci ildə bu materialların defisiti 125 və 398 min ton olub. 2018-ci ildə defisit 45 və 220 min ton səviyyəsində gözlənilir.

Dünya bazarında paladium defisiti saxlanılır. Çində bu metalın idxalı yüksək səviyyədədir. Paladium avtomobillərin ixrac sistemində istifadə olunur. Tələb təklifi üstələyir və bu tendensiya 2019-cu ilin sonunandək davam edəcək. Paladium ehtiyatları COMEX tarixində minimum səviyyəsinə enib. Defesitin səbəbini analiz etdikdə, bu metalın ETF fondunda azalmasını görmək olar.

Qızıl alış-verişi 2018-ci ildə təxminən 1250- 1350 dollar unsiya, gümüş 15-18 dollar sərhədində olacaq. Nisbi artım platiumda gözlənilir. Lakin ehtimal olunur ki, avtokotalizatorlar onu əvəz etsin.

Müəllif: Vüqar Bağırov