Prezident İlham Əliyev Asiya İnkişaf Bankının (AIB) prezidenti Takehiko Nakaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə fins.az “AzərTAc”a istinadən xəbər verir.
Görüşdə Azərbaycan ilə beynəlxalq maliyyə qurumları, o cümlədən AIB arasında uğurlu əməkdaşlığın önəmi bildirilib, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir məkan olduğu məmnunluqla qeyd edilib. Bu baxımdan AIB-in Rəhbərlər Şurasının illik toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulandı və tədbirə hazırlıq işlərinin yüksək səviyyədə təşkil edildiyi bildirilib.
Söhbət zamanı Azərbaycan ilə AIB arasında həyata keçirilən uğurlu layihələrin əhəmiyyətindən danışılıb və əməkdaşlığımızın konkret perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.