“Media consulting services” şirkəti mart ayında Azərbaycan mətbuatında ən çox xatırlanan bankların siyahısını açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ötən ay mətbuatda sığorta mövzusuna 10677 dəfə toxunulub.
Ən çox adı çəkilən bank “Azərbaycan Beynəlxalq Bankı” olub. Martda bu bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev istefa verdiyindən, bankın adı KİV-lərdə 734 dəfə hallanıb. Sonrakı yerləri “Unibank” (450 məlumat), “Expressbank” (385 məlumat), “Dəmirbank” (351 məlumat) və “Bank Technique” (298 məlumat) tutur.