Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Parabank” ASC-nin səhm emissiyasını qeydə alıb. Fins.az-ın QKDK-ya istinadən yaydığı məlumata görə, hərraca hər birinin nominal dəyəri 200 manat olan 36 583 səhmin çıxarılması nəzərdə tutulub. Səhmlər kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Emissiya baş tutsa, “Parabank” nizamnamə kapitalını 7,3 milyon manat artırmış olacaq.