30 Oktyabr

“Bank BTB”-nin problemli kreditləri 3 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Bank BTB”nin problemli kreditlərinin məbləği 3 dəfədən çox artıb. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, 2014-cü ilin ilk 9 ayında “Bank BTB”nin kredit portfeli 99,83 milyon manat təşkil edib. Bu ötən ilin eyni dövrünə nisbətən 6,44% və yaxud 6,87 milyon manat azdır.

Bu il verilmiş kreditlərin 2,67%-i və yaxud 2,67 milyon manatını vaxtı keçmiş kreditlər təşkil edib. Ötən il isə problemli kreditlərin həcmi 845 min manat (ümumi kredit portfelinin 0,8%-i) qədər olub. Başqa sözlə, son 1 ildə bankın problemli kreditləri 3,16 dəfə artıb.