30 Oktyabr

Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının iclası keçirilir

Bu gün Bakıda Heydər Əliyev Mərkəzində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının ənənəvi illik toplantısı öz işinə başlayıb. Fins.az-ın məlumatına görə, beynəlxalq maliyyə tədbirində 66 ölkədən təxminən 3 min nümayəndə iştirak edir.

Toplantıda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanın AİB-lə əməkdaşlığı barədə məlumat verib. Onun sözlərinə görə, indiyə qədər bank ölkəmizə 12 layihə üzrə 1,64 milyard ABŞ dollar məbləğində kredit ayırıb. Bu vəsaitlər avtomobil yollarının çəkilməsi, su-kanalizasiya sisteminin qurulması, enerji təchizatının yaxşılaşdırılması məqsədi ilə sərf olunub. Özəl sektorun kreditləşməsi isə 163 milyon dollar olub. Bundan başqa, AİB 7 texniki layihə üzrə Azərbaycana 10 milyon dollar qrant ayırıb.