Cəlilabad rayonunun 65 yaşlı sakini Tamara Xəlilovanı aldadaraq adına kredit götürüblər. Fins.az-ın “Qafqazinfo”ya istinadən yaydığı məlumata görə, qadını aldadan onun oğlunun bacanağı Mahir Kərimovdur. Bir neçə ay əvvəl bundan M.Kərimov onların evinə gələrək yaşlı qadından kredit götürməkdə ona zamin durmağı xahiş edib. Bunun üçün Mahir qadının 130 manat məbləğində pensiya aldığını əsas gətirib. Bankdan kredit götürüldə də, müqavilə Mahir Kərimovun adına deyil, Tamara Xəlilovanın adına rəsmiləşdirilib. Belə ki, hadisədən 2 ay sonra bankdan Tamara Xəlilovanın adına xəbərdarlıq məktubu göndərilib və bildirilib ki, onun banka 2100 dollar məbləğində borcu var, kredit vaxtında ödənilmir. Törətdiyi dələduzluq əməlindən sonra M. Kərimov yaşadığı kəndi tərk edib. Hazırda Cəlilabad polisi onun məsuliyyətə cəlb olunması istiqamətində tədbir görməklə məşğuldur.