“Expressbank” sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara mikro kreditlər verir. Bankdan fins.az-a verilən məlumata görə, kreditləşmə “Öz işin varsa, kredit də var” şüarı ilə həyata keçirilir. Belə ki, bu krediti kənd təsərrüfatı, ticarət, xidmət və istehsal sahələrində ən azı son 6 ay müddətində fərdi bizneslə məşğul olanlar ala bilər. Kreditlərin məbləği 500 manatdan başlayaraq 15 min manata qədər dəyişir. Kredit illik 23-30%-lə, 3 ilə qədər ayrılır. 1000 manata qədər kreditlər üçün zamin və yaxud şərti girov (əşyalar və s.) qəbul edilir. Kreditin məbləği 1000 manatdan artıq olduqda isə daşınmaz əmlak və ya qızıl girov qoyulmalıdır.