30 Oktyabr

“DəmirBank”dan sahibkarlara kreditlər – İLLİK 21-48%-LƏ

“DəmirBank” sahibkarlığın inkişafı üçün sərfəli şərtlərlə sahibkarlara mikro və kiçik kreditlər təklif edir. Bankdan fins.az-a verilən məlumata görə, bu təklif çərçivəsində sahibkarlar 100 min AZN-dək kredit məbləğindən yararlana bilərlər.

Kreditin məbləğindən asılı olaraq onun təminatı qismində zaminlik, avtomobil, şəxsi ev əmlakı, daşınan və daşınmaz əmlak, biznes avadanlıqları, qiymətli metallar, qiymətli kağızlar, dövriyyədə olan əmtəə-mal qalığı ola bilər. Müddəti 36 ayadək olan mikro və kiçik kreditləri Bank-ın istənilən filialına müraciət etməklə əldə etmək mümkündür.

Bununla yanaşı, qeyd edək ki, sahibkarlar üçün nəzərdə tutulmasına baxmayaraq, bu kreditlər yüksək faiz dərəcələri ilə verilir. Belə ki, kreditlər üzrə faktiki illik faiz dərəcələri 21,1%-48,6% arasında dəyişir.