Sabah Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının (MŞ) iclası keçiriləcək. Fins.az-ın məlumatına görə, bu barədə jurnalistlərə maliyyə nazirinin müavini, bankın MŞ-nın sədri Azər Bayramov məlumat verib. Bununla belə, nazir müavini sabahkı iclasda bankın İdarə Heyətinə yeni sədrin təyin edilib-edilməyəcəyi barədə konkret heç nə deməyib: “İclasın yekunları ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.
Azər Bayramov onu da deyib ki, bu ay bankın səhmdarlarının ümumi yığıncağı da keçiriləcək: “Həmin yığıncaqda da mühüm qərarlar qəbul olunacaq”.