30 Oktyabr

Azərbaycanda ipoteka kreditləşməsi 11%-ə yaxın azalıb

2015-ci ilin yanvar-may aylarında Azərbaycanda 47 milyon manat məbləğində ipoteka krediti verilib. Bu barədə Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 milyon manat və yaxud 10,8% azdır. Son 1 ildə verilmiş kreditlərin orta məbləği 1,7% artaraq 40524 manat, kreditlərin orta illik faiz dərəcəsi 0,09% azalaraq 6,74%, kreditlərə görə aylıq ödəniş məbləği isə 21,2 manat azalaraq 297,3 manat təşkil edib. Kreditlərin orta müddəti isə 1 ay artaraq 279 ay olub.