30 Oktyabr

“Azərbaycan Kredit Bankı” Əmanətlərin Sığortalanması Fonduna üzvlükdən çıxarıldı

Bu gündən “Azərbaycan Kredit Bankı” ASC “Əmanətlərin sığortalanması haqqında” Qanuna uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb. Fonddan fins.az-a verilən məlumata görə, banka verilmiş şəhadətnamə ləğv edilib. Hazırda Fonda üzv bankların sayı 43-dür. “Azərbaycan Kredit Bankı” ASC-nin lisenziyası Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli qərarı ilə ləğv olunub.