Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları yenidən azalmağa başlayıb. Fins.az-ın məlumatına görə, iyulun sonuna AMB-nin valyuta ehtiyatları 8 501,5 milyon dollar təşkil edib ki, bu da bir ay əvvələ nisbətən 18,7 milyon dollar azdır. Son bir ildə isə valyuta ehtiyatlarında azalma 6 692 milyon dollar və ya 44% olub.
Qeyd edək ki, valyuta ehtiyatlarının ən yüksək həddi məhz bir il əvvəl qeydə alınmışdı – 15 193,4 milyon dollar. Bundan sonra ehtiyatlar tədricən azalıb və bi r il ərzində bu azalma 44 faiz təşkil edib. Valyuta ehtiyatlarının ən sürətlə «əriməsi» dövrü 2014-cü ilin noyabrı və 2015-cı ilin mart ayları arasında baş verib. Həmin dövrdə ehtiyatlar 6,6 milyard dollar və ya hər ay 1,32 milyard dollar azalıb. Fevralın sonunda manatın devalvasiyasından sonra iki ay ərzində AMB-nin valyuta ehtiyatlarının azalması dayanmış, hətta bir qədər artmışdı (may ayında 42,9 milyon dollar, iyunda 89,4 milyon dollar). Amma iyul ayında ehtiyatlar yenidən azalmağa başlayıb. Böyük ehtimalla bunun səbəbi dünya bazarında neftin ucuzlaşmasıdır. Son həftələr qara qızılın ucuzlaşması prosesinin güclənməsi manata təzyiqi yenidən artırıb və valyuta ehtiyatlarının azalması bah verib.
Bir qədər əvvəl AMB rəhbəri Elman Rüstəmov neftin qiymətlərinin manatın məzənnəsinə təhlükə yaratmayacağını, neftin hətta 40 dollara enəcəyi təqdirdə də manatın məzənnəsinə ciddi təsir etməyəcəyini bildirmişdi. Hələlik Azərbaycan neftinin qiyməti «təhlükəli həd»dən uzaqdadır – bu günə olan məlumata görə «Azeri light»in qiyməti 54 dollar olub. Amma son günlər neftin ucuzlaşması prosesi qiymətlərin 40 dollara da enməsi ehtimalını artırıb.
|
Tarix |
mln.ABŞ dolları |
|
31.07.2015 |
8 501.5 |
|
30.06.2015 |
8 520.2 |
|
29.05.2015 |
8 430.8 |
|
30.04.2015 |
8 387.9 |
|
31.03.2015 |
9 472.1 |
|
28.02.2015 |
11 004.4 |
|
31.01.2015 |
12 680.8 |
|
31.12.2014 |
13 758.3 |
|
30.11.2014 |
14 996.3 |
|
31.10.2014 |
15 033.6 |
|
30.09.2014 |
15042.4 |
|
31.08.2014 |
15190.9 |
|
31.07.2014 |
15193.4 |
