Bu ilin yanvar-iyul aylarının yekunlarına görə, Azərbaycan banklarının ayırdığı kreditlərin orta illik faiz dərəcəsi 13,4% olub. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Qurumun açıqlamasına görə, manatla kreditlər orta hesabla 13,5%-lə, xarici valyutada kreditlər isə 12,4%-lə verilib.
Ölkədə ən bahalı kreditlər həmişəki kimi cənub bölgəsində - Lənkəran iqtisadi rayonunda ayrılır – illik 24%-lə. Faiz dərəcəsinə görə növbəti yerlərdə Dağlıq Şirvan (23%) və Aran (22,9%) iqtisadi bölgələri dayanır.
Kreditlərin orta illik faiz dərəcəsi Şəki-Zaqatalada 22,1%, Quba-Xaçmazda 20,7%, Yuxarı Qarabağda 19,6%, Gəncə-Qazaxda 19,5%, Abşeronda 19,1%, Kəlbəcər-Laçında 17%-dir. Azərbaycanda ən ucuz kreditləri isə Bakıda və Naxçıvanda yaşayanlar alıb – müvafiq olaraq illik 12% və isə 13,8%-lə.
Regionun adı |
Kreditlərin orta illik faiz dərəcəsi |
||
2015-ci ilin əvvəli |
2015-ci ilin 6 ayı |
2015-ci ilin 7 ayı |
|
Azərbaycan |
13,7% |
13,3% |
13,4% |
Bakı |
12,3% |
11,8% |
12,0% |
Abşeron |
18,3% |
19,4% |
19,1% |
Aran |
21,3% |
23,0% |
22,9% |
Dağlıq Şirvan |
23,2% |
23,3% |
23,0% |
Gəncə-Qazax |
21,7% |
19,7% |
19,5% |
Quba-Xaçmaz |
20,1% |
20,8% |
20,7% |
Lənkəran |
22,9% |
24,1% |
24,0% |
Şəki-Zaqatala |
21,1% |
22,0% |
22,1% |
Yuxarı Qarabağ |
20,8% |
19,6% |
19,6% |
Kəlbəcər-Laçın |
25,6% |
19,9% |
17,0% |
Naxçıvan |
13,8% |
14,5% |
13,8% |
Mərkəzi Bank bildirir ki, 2014-cü ilin yekunları müqayisədə son 7 ayda kreditlər orta hesabla 0,3% ucuzlaşıb. Ayrı-ayrı regionlara gəlincə, 5 bölgədə kreditlər bahalaşıb, 5 bölgədə isə ucuzlaşıb. Ən böyük azalma Kəlbəcər-Laçın bölgəsində qeydə alınıb. Burada kreditlərin illik faiz dərəcəsi 8,6% aşağı düşüb. Ucuzlaşma Bakıda 0,3%, Dağlıq Şirvanda 0,2%, Gəncə-Qazaxda 2,2%, Yuxarı Qarabağda 1,2% olub.
Bəzi regionlarda isə kreditlərin orta illik faiz dərəcəsi artıb. Məsələn, bahalaşma Abşeronda 0,8%, Aranda 1,6%, Quba-Xaçmazda 0,6%, Lənkəranda 1,1%, Şəki-Zaqatalada 1%-dir. Naxçıvanda isə faiz göstəricisi sabit qalıb – 13,8%.