“Expressbank” bu ilin sonuna qədər Bakıda 2 yeni filialını istifadəyə verməyi planlaşdırır. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, yeni filiallar metronun “Əhmədli” və “Elmlər Akademiyası” stansiyalarının yaxınlığında açılacaq. Bununla da, bankın paytaxtdakı filialların sayı 11-ə çatacaq. Xatırladaq ki, hazırda “Expressbank”ın paytaxtdan əlavə Sumqayıtda 2, bölgələrdə isə 7 filialı fəaliyyət göstərir.