Hazırda “Bank VTB (Azərbaycan)”ın məcmu kapitalı Mərkəzi Bankın tələbinə (50 milyon manat) cavab vermir, amma tezliklə bu tələb yerinə yetiriləcək. Bu barədə fins.az-a bankdan məlumat verilib.
Kredit təşkilatının açıqladığı maliyyə hesabatına əsasən, 2014-cü ilin yekununda məcmu kapitalı 50,2 manat olub. Amma bu ilin fevral ayında baş vermiş kəskin devalvasiyadan sonra 1-ci rübün yekununda kapital göstəricisi 45,8 milyon manata düşüb. Bank 2-ci rübün yekununda bu rəqəmi 47,4 milyon manata çatdırıb.
“Bu ilin sonuna qədər məcmu kapitalı 50 milyon manata çatdıracağıq. Bu ya 2015-ci ilin mənfəəti, ya da subordinasiya kreditinin cəlb olunması hesabına olacaq” – deyə bankdan bildirilib.