“Xalq Bank” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə əməkdaşlıq etməyə başlayıb. Bankdan fins.az-a verilən məlumata görə, artıq “Xalq Bank”a kredit üçün müraciət etdikdə iş yerindən arayış təqdim etməyə ehtiyac yoxdur. Elektron arayışı www.e-gov.az - elektron eökumət portalı vasitəsilə “Xalq Ban”kın filiallarında əldə etmək mümkündür. Bu, kreditin rəsmiləşdirilməsi prosesini sürətləndirməyə və vaxta qənaət etməyə imkan verəcək.
Elektron arayış xidmətinin həm Bank, həm də Banka kredit üçün müraciət edən vətəndaşlar üçün bir sıra üstünlükləri vardır:
- Banka edilən kredit müraciətlərinin qeydiyyat prosesinin asanlaşması
- Elektron arayışın Bankın iş rejimindən asılı olmayaraq, günün istənilən vaxtında Banka göndərilməsi imkanı
- Vaxt itkisinin aradan qaldırılması və rahatlığın təmin edilməsi
- Müştərinin çalışdığı müəssisədə rəhbərliyə kredit alma zərurəti haqda məlumat vermək ehtiyacının olmaması.
E-arayışlar xidmətindən yararlanmaq üçün www.e-gov.az portalında qeydiyyatdan keçmək lazımdır. Elektron hökumət portalında e-arayışı həm onlayn olaraq Banka göndərmək, həm də “Xalq Bank”ın istənilən filialında kredit üçün müraciət etdikdə əldə etmək olar.