Noyabrın 20-də “Rabitəbank”ın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bununla bağlı ötən gün, “Rabitəbank”ın Müşahidə Şurası qərar verib. İclasda 2016-cı maliyyə ilinin büdcə hədəfləri təsdiq ediləcək, təşkilati məsələlər müzakirə ediləcək. Yığıncaq bankın baş ofisində, Bakı şəhəri, 28 May küçəsi, 33 ünvanında baş tutacaq.