Fins.az maliyyə-sığorta xəbərləri portalı ölkə vətəndaşlarının kredit borcları ilə bağlı sorğu keçirib. Sorğunun məqsədi insanların kreditlərlə yüklənmə dərəcəsini, daha dəqiqi eyni vaxtda neçə banka ödəniş etməsini müəyyənləşdirmək olub.
Sorğuda iştirak edən vətəndaşlara neçə banka borclu olduqları barədə sual verilib. Təqribən 390 nəfərin qatıldığı sorğuda iştirakçıların 30,8%-i cəmi 1 banka borclu olduqlarını bildiriblər. 18,5% respondent 2 bankda kreditinin olduğunu bildirib. Rəyi soruşulanların 31,5%-i isə 3 və daha artıq banka borcu olduqlarını açıqlayıblar. Sorğuda iştirak edənlərin 19,2%-i isə bildirib ki, heç bir bankda krediti yoxdur. Başqa sözlə, sorğuya qatılanların təqribən 80%-nin bankda borcu olduğu aşkar edilib.
Qeyd edək ki, fins.az müxtəlif mövzularla bağlı sorğuları davam etdirir. Belə sorğularla portalın «Sorğu» bölməsində tanış olmaq mümkündür.
Neçə bankda kreditiniz var? |
|
1 bankda |
30,8% |
2 bankda |
18,5% |
3 bankda |
31,5% |
Kreditim yoxdur |
19,2% |