"TBC Kredit" Bank Olmayan Kredit Təşkilatı başqa banklarda olan dollar kreditlərini manata çevirir.
"Başqa banklarda olan dollar kreditlərinizi bizdə manata çevirin!" şüarı ilə keçirilən kampaniyanın şərtlərinə görə, 15 000AZN-dək istehlak və biznes kreditləri təklif olunur. FİFD: maksimum 25% (biznes kreditləri) və maksimum 29% (istehlak kreditləri) təşkil edir. 0% komissiya yalnız istehlak kreditləri üçündür.
"Bu növ kreditə müraciət etmək üçün əmək haqqı bank kartı ilə alınmalıdır. Və şərtlərimizə əsasən bizə müraciət edə biləcəyiniz kreditin məbləği və açıq kreditlərinizin qalıq məbləği təxminən bərabər olmalıdır",- şəşkilatın məlumatında deyilir.
Şərtlərə uyğun olanlar "TBC Kredit"dən manatla kredit götürüb başqa banka dollarda olan borcunu bağlaya bilərlər.
Mənbə: Marja.az