30 Oktyabr

Güzəştli biznes kredit kartları buraxılıb

"Amrahbank" bütün növ biznes kredit müştəriləri üçün "Güzəşt müddətli biznes kredit kartları"nı təqdim edir.

Bankdan Fins.az-a bildiriblər ki, biznes kredit kartı – şəxsi biznesi olan, o cümlədən ticarət, istehsal, icarə, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan müştərilərə təklif olunur. Kreditin məbləği 3 min AZN-dək (və ya USD ekvivalenti), müddəti 12 ayadək, illik faiz dərəcəsi 25 faiz, güzəşt müddəti növbəti ayın 10-dək (40 günədək), komissiya xərcləri 0 faiz nəzərdə tutulub. Krediti yaşı 18–dən 65-dək olan müştərilər ala bilərlər. Güzəşt müddəti bitdikdən sonra müştərinin bank qarşısında olan əsas borcun qalığına faiz hesablanması başlayır. Həmin faizlər hər növbəti ayın 1-dən 10-na qədər tam ödənilməlidir. Bu kredit kart növündə zaminin olması mütləqdir.