30 Oktyabr

Etibar Əliyev "Bank Technique"ə qayıtdı

Bir neçə gün əvvəl Bank Technique-nin (“Texnika Bank”)ın keçmiş sədri Etibar Əliyevin yenidən həmin bankın rəhbərliyinə qaytarılacağı haqda xəbər vermişdik.

Bu gün bankın keçmiş sahibi artıq geriyə dönüş edib. Belə ki, bankda toplantı keçirilib və E. Əliyev Bank Technique-in Müşahidə Şurasının sədri seçilib. Hazırda bankda Mərkəzi Bankın nümayəndələrinin iştirakı ilə təhvil-təslim işləri gedir.

E. Əliyev açıqlamasında fakı təsdiq edib. O, bildirib ki, ilk işi bank kollektivi ilə toplantı keçirib yaranmış problemləri dəyərləndirmək, təhlil etmək və bu problemlərin həlli yollarını tapmaq olacaq. O, bankın əvvəlki nüfuzunun geri qaytarılacağını qeyd edib.

Bundan başqa bankın Mərkəzi ofisi yenidən Atatürk prospektində yerləşən binaya köçürüləcək.

Onu da qeyd edək ki, E. Əliyev yaxın günlərdə mətbuat konfransı keçirəcək.

Mənbə: Qafqazinfo