30 Oktyabr

Əhalinin banklardakı əmanətləri yenə azalıb

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycan əhalisinin banklardakı əmanətləri 7 milyard 311,8 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, yanvar-avqust aylarının yekunları ilə müqayisədə 0,1% azdır. Əmanətlərin azalması özünün həm milli valyutada, həm də xarici valtuyada yerləşdirilmiş əmanətlərdə göstərib.