30 Oktyabr

Azərbaycanda kredit qoyuluşu kəskin azalıb

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycanda kredit qoyuluşu 19 milyard 113,5 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən yaydığı məlumata görə, bu, yanvar-avqust aylarının yekunları ilə müqayisədə 4,9% azdır. Başqa sözlə, təkcə oktyabr ayında kredit portfeli 982,3 milyon manat azalıb. AMB bunu Azərbaycan Beynəlxalq Bankında aparılan restruktizasiya tədbirləri ilə əlaqələndirir.