Azərbaycanda istehlak kreditləri portfelinin azalmasına paralel olaraq bu növ kreditlərin adambaşına düşən məbləği də azalmaqdadır. Bu barədə fins.az-a Azərbayan Mərkəzi Bankından məlumat verilib. Məlumata görə, 2015-ci ilin yanvar-sentyabr aylarında ev təsərrüfatlarına ayrılmış kreditlərin orta məbləği 3073 manat olub. Bu, yanvar-avqust aylarının yekunları ilə müqayisədə 58 manat azdır.
İstehlak kreditləşməsi azalsa da, onun ümumi kredit portelində payı ilin əvvəlindən bəri ilk dəfə artıb. Belə ki, 9 ayın yekununda istehlak kreditləri bütün kreditlərin 39,7%-ni təşkil edib. Halbuki, 8 ayın yekununda bu rəqəm 38,2% olub.