30 Oktyabr

Ən məşhur banklar AÇIQLANDI

“Media Consulting and Services” şirkəti ötən ay Azərbaycan mətbuatında ən çox adı hallanan kommersiya banklarını açıqlayıb. Fins.az-ın məlumatına görə, oktyabr ayında banklar KİV-də 19987 dəfə xatırlanıb. Siyahıda 1-ci yeri isə “Azərbaycan Beynəlxalq Bankı” tutub. Son vaxtlar apardığı struktur islahatları ilə bağı gündəmdə olan bu bankın adı mətbuatda oktyabrda 1755 dəfə hallanıb. 2-ci yeri yeri tutmuş “Bank Technique” 701 dəfə, “Unibank” isə 529 dəfə jurnalistlərin yadına düşüb. İlk 5-liyi “Kapital Bank” (430 dəfə) və “AGBank” (361 dəfə) tutub.