Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsus plastik kartlarla internetdə ödəniş limiti 5 dəfə azaldılıb. Bu barədə fins.az-a ABB-dən bildirilib. Məlumata görə, hazırda bankımn kartları ilə gündəlik 100 manatdan çox ödəniş etmək mümkün deyil. Bundan əvvəl sözügedən məbləğ 500 manat olub. “SD Secure” texnologiyasına qoşulmuş kartlar üçün isə elektron ödəniş limiti yoxdur. Bankda yeni qaydanı dələduzluq hallarının qarşısını almaq, internet vasitələ həyata keçirilən ödənişlərin təhlükəsizliyini təmin etmək istəyi ilə izah edirlər.