30 Oktyabr

Ləğv edilməkdə olan banklar – SİYAHI

Azərbaycanda ləğvetmə prosesində olan 7 bankın adı məlum olub. Fins.az-ın məlumatına görə, bunlardan 2-nin lisenziyası bu il ləğv edilib. Söhbət “Azərbaycan Kredit Bankı” və “Eurobank”dan gedir. Digər 5 bank isə əvvəlki illərdə bank sektorundan kənarlaşdırılıb. Bunlar “Atlantbank”, “Borçalıbank”, “Birlikbank”, “Debütbank” və “Royalbank”dır.