30 Oktyabr

“Dəmirbank”dan yarımçıq maliyyə hesabatı

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Dəmirbank”ın aktivləri 441 milyon manat təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% çoxdur. Son 1 ildə bankın cəmi kapitalı 23,1% artaraq 62,2 milyon manata, cəmi öhdəlikləri isə 0,9% artaraq 378,8 milyon manata çatıb.

9 ayın yekunlarına görə, bankın kredit portfeli isə 333 milyon manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çoxdur.

“Dəmirbank” vaxtı keçmiş kreditlərinin məbləği, əmanət portfeli, gəlir və xərclərinin strukturu, mənfəəti və yaxud zərəri barədə məlumatları açıqlamayıb.