30 Oktyabr

“Unibank”ın 3 filialı bağlanıb

“Unibank” paytaxtda fəaliyyət göstərən 3 filialını bağlayıb. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, söhbət metronun “Xətai” stansiyasının yaxınlığında, Xocalı prospekti, 20/22 ünvanında yerləşən “STB” filialından, Həsən Əliyev küçəsi, ev 5a ünvanındakı 12 saylı filialdan və Bakıxanov qəsəbəsi, Gənclər küçəsi, 27C ünvanındakı (“Bakıxanov” alış-veriş mərkəzinə yaxın) 20 saylı filialdan gedir. Bundan başqa, hazırda “Unibank”ın Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 5 ünvanında yerləşən filialı təmir işləri ilə əlaqədar bağlıdır.