“Unibank” beynəlxalq ticarətlə məşğul olmaq istəyən müştərilərinə dəstək məqsədi ilə dünyanın tanınmış banklarından biri olan “Credit Agricole”-la əməkdaşlığa başlayıb. Bu barədə fins.az-“Unibank”dan bildirilib.
“Bu əməkdaşlıq bankın sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi üzrə tərəfdaşlar şəbəkəsini davamlı genişləndirməsinin daha bir göstəricisidir. “Credit Agricole” bankı tərəfindən ayrılan kredit xətti sənədliəməliyyatlarıbiznes üzrə müştərilərə göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına imkan verəcək” – deyə bankın yaydığı açıqlamada deyilir.
“ Credit Agricole” – Fransanın geniş filial şəbəkəsi olan ən böyük banklarından biridir. Aktivlərinin böyüklüyü ilə seçilən bank qrupu yalnız Fransada deyil, bütün dünya üzrə nəhənglərdən hesab edilir.