Azərbaycanın daha bir bankı “Elektron hökumət” portalına qoşulmaq istəyir. Fins.az-ın məlumatına görə, söhbət “AFB Bank”dan gedir. Bu məsələ bank rəsmiləri ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin nümayəndələri arasında keçirilmiş görüşdə müzakirə edilib. Görüşdə vətəndaşın ödəmə qabiliyyətinin kağız üzərində sənəd tələbi olmadan müəyyənləşdirilməsi üçün portalın imkanları müzakirə edilib, bu imkanlardan "AFB Bank" müştərilərinin faydalanması üçün qanunvericiliklə müəyyən olunmuş qaydalar və texniki dəstək üzrə məsələlərdən danışılıb. Xatırladaq ki, “Elektron hökumət” portalına 25-dən artıq bank qoşulub.