“Bank Technique”ə məxsus bank kartlarının işi bərpa edilib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, kartlardan bankomatlarda, o cümlədən xaricdə, eləcə də elektron hesablaşmalarda, onlayn alış-veriş zamanı istifadə etmək mümkündür. Kartlar vasitəsilə göstərilən bütün xidmətlər aktivdir.