30 Oktyabr

Mərkəzi Bank 180 milyon dollar da itirdi

Bu ilin oktyabr ayının yekununa görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 6 milyard 834,6 milyon ABŞ dolları təşkil edib. Fins.az-ın AMB-yə istinadən yaydığı məlumata görə, bu, sentyabr ayının yekunu ilə müqayisədə 2,6% və yaxud 180,1 milyon dollar azdır. Son 1 ildə AMB-nin valyuta ehtiyatları 54,5%, ilin əvvəlinə nisbətən isə 50,3% azalıb.