Bu ilin oktyabr ayının yekununa görə, Azərbaycanda nağd pul kütləsi 7 milyard 55,9 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, sentyabr ayının yekunu 0,1% çoxdur. Bununla belə, son 1 ildə pul kütləsi 38,5%, ilin əvvəlinə nisbətən isə 38,9% azalıb.