30 Oktyabr

“Bank Technique”in keçmiş filial müdirləri geri qayıdır

“Bank Tecnique”in Müşahidə Şurasına Etibar Əliyevin sədr təyin edilməsindən sonra vaxtilə onun dövründə bankın filiallarına rəhbərlik etmiş şəxslər öz işlərinə geri qayıtmağa başlayıblar. Bu barədə fins.az-a bankdan bildirilib.

Məlumata görə, geri qayıdanlardan biri vaxtilə “Bank Technique”nin “Caspian Finance” filialına rəhbərlik etmiş Elçin Quliyevdir. Bankı tərk etdikdən sonra bir müddət “Bank Nikoil”in 2 saylı filialının direktoru olmuş Elçin Quliyev bundan sonra yenidən adı çəkilən filiala rəhbərlik edəcək.

Bundan başqa, vaxtilə “Bank Technique”nin “Həyat” filialının müdiri olmuş etmiş İlqar Bahadurov bankın “Yeni Həyat” filialına müdir təyin edilib.