Mediada tez-tez yayımlanan xəbərlərdən biri kredit borcunu ödəyə bilməyənlərin intiharı ilə bağlıdır. Ölkə əhalisinin müəyyən bir hissəsinin banklara kredit borcu var. Bu borcu ödəyə bilməyənlərdən maşınlarını, evlərin satanlar az deyil. Bəzi insanlar isə müflis olduğunu əsas gətirərək intihara meyl edir.
Psixoloq Elnur Rüstəmov bildirib ki, kredit alan şəxslər psixoloji testlərdən keçməlidir. “Banklarda müştərilərə kredit verən zaman onları psixoloji testlərdən keçirsələr yaxşı olar.
Mən hətta deyərdim ki, bu, vacib məsələlərdən biridir. Banklarda psixoloji dəyərləndirmə testlərindən keçirmək lazımdır və müştərinin ilkin psixoloji durumunu öyrənmək lazımdır. Və bu testləri nəzərə alaraq kredit versələr, intihara cəhdlər də azalmış olar. Rayon yerlərində əsasən məişət əşyaları almaq üçün kredit götürürlər.
Yəni insanlar komfortunu nəzərə alaraq kredit götürür. Burada sual olunur: Hər hansı brent malı almaq lazımdırmı? Bu malları almaq nə dərəcədə vacibdir sizə? Elbəttə komfort yaxşı bir şeydir amma komfort yaşamaq üçün stress və həyəcan keçirmək düzgün deyil."
Pisoxoloq vurğulayıb ki, kredit verən banklar ehtiyatlı olmalıdırlar.
“Banka kredit götürməyə gələn şəxs narkotik istifadəçisi, alkoqolizm düşkünü, ya da vaxtı ilə varlı, sonradan müflis olmuş şəxs də ola bilər. Bunu müəyyən etmək üçün ilkin psixoloji testlərə ehtiyac var. Və bu məlum olandan sonra kredit haqda yenidən düşünüb və onun maddi durumunu yenidən analiz edib büdcəsinə və gəlirinə uyğun kredit vermək lazımdır.”
Mənbə: modern.az