“Dekabank” yaxın vaxtlarda kreditləşməni bərpa edəcək. Bu barədə fins.az-a açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Adil Səfərov məlumat verib. Onun sözlərinə görə, Azərbaycandakı devalvasiyadan sonra banka yerləşdirilmiş əmanətlər əhəmiyyətli dərəcədə azaldığından bank kredit verə bilməyib. Hazırda isə yeni maliyyələşmə mənbəyi hesabına bu problem həll edilməkdədir: “Azərbaycan Mərkəzi Bankı bizə vəsait ayırıb, borc verib. Tezliklə yenidən kredit verməyə başlayacağıq”. Bununla belə, Adil Səfərov AMB-ninn ayırdığı kreditin məbləğini açıqlamayıb.
