“AtaBank” “SMS Xəbərdarlıq” xidmətinə qoşulmuş, lakin “3D Secure” (“Verified by Visa”/”MasterCard Secure Code”) xidmətindən istifadə etməyən kart istifadəçilərini sözügedən xidmətin “dinamik” versiyasına qoşub. Bu barədə fins.az-a bankdan bildirilib. Bu texnologiya kartdan digər şəxslərin internetdə istifadəsinə imkan vermir. Çünki əməliyyat zamanı şəxsdən dinamim şifrə tələb olunur. Bu şifrə isə yalnız kart sahibinin mobil telefonuna SMS şəklində daxil olur. Həmin şifrə internet saytında qeyd ediləndən sonra əməliyyat uğurla həyata keçir.
