Bu ilin yanvar-sentyabr aylarında xaricdən Azərbaycana pul köçürmələri 863 milyon dollar təşkil edib. Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı pul siyasəti icmalında bildirilir. Məlumata görə, pul baratlarının ümumi məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 31,9% azdır. AMB azalmanı İqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyətlə izah edib.